Fransanın keçmiş prezidenti Jak Şirak vəfat etdi

26.09.2019

Photo

Avropanın qocaman siyasətçisi 86 yaşında vəfat edib

Bilge.az "Guardian"a istinadən xəbər verir ki, Fransanın keçmiş prezidenti Jak Şirak 86 yaşında vəfat edib.

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

O, son illərdə Alzeymer xəstəliyi ilə əlaqədar yaddaş pozğunluğundan əziyyət çəkirdi.

Jak Şirak Fransa prezidenti olduğu zaman müharibə əleyhinə mövqeyinə görə, sülhpərvər və intellektual cəhətlərinə görə, xalq arasında böyük nüfuza yiyələnmişdi. 1995-2007-ci illər arasında Fransa prezidenti olan Şirak ABŞ-ın İraqla müharibəsinə qarşı çıxmış və Fransanın Holokostdakı rolunu etiraf etmişdi.

Qeyd edək ki, Jak Şirak Avropada ən uzunömürlü siyasi karyeraya sahib siyasətçilərdən biri olub, o 12 illik prezidentlik müddətindən savayı, iki dəfə baş nazir vəzifəsinə seçilib və həmçinin 18 il Parisin meri olub.

Bilge.az

Buradan paylaş: