16 yaşlı aktivist Qreta Tunberq BMt-də dünya liderlərini ittiham edib - Bağışlamayacağıq

24.09.2019

Photo

Türkiyə daxil olmaqla, 5 ölkə haqqında BMT-yə şikayət verilib

Bilge.az "Guardian"a istinadən xəbər verir ki, dünya iqlim dəyişikliyi hərəkatının başında gedənlərdən biri olan 16 yaşlı isveçli aktivist Qreta Tunberq Nyu-Yorkda BMT-nin iqlim böhranı ilə bağlı sammitinə qatılıb və emosional çıxışı ilə dünya liderlərini passivlikdə günahlandırıb.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

Tribunadan etdiyi çıxışı zaman Tunberq üzünü dünya liderlərinə tutaraq onları gənc insanlara "xəyanət"də günahlandırıb: "siz hələ də necə lazımdır danışmaq üçün yetkin deyilsiniz. Siz bizi aldadırsınız. Amma gənclər sizin xəyanətinizi başa düşməyə başlayırlar".

İqlim dəyişikliyi ilə bağlı ciddi fəaliyyətin başlanması tələbi ilə dünyanın müxtəlif ölkələrində start götürən kütləvi aksiyalardan sonra dünya liderləri karbon qazının buraxılışının azaldılmasını müzakirə etmək üçün BMT-nin baş assembleyasının illik toplantısına qatılıblar.

Amma Qreta Tunberq dünya liderlərini toplantıda yeni heç nədən danışmadıqlarını, karbon qazının buraxılmasının qarşısını almaq üçün lazımı addımlar atmadıqlarını, iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərində passiv və yalançı mövqe tutduqlarını bildirib.

"Siz mənim xəyallarımı və uşaqlığımı öz boş sözlərinizlə aldınız", - olduqca emosional görünən Tunberq deyib və əlavə edib: "Gələcək nəsillərin gözləri sizin üzərinizdədir. Əgər siz bizi aldatmaq istənəsiz, mən deyirəm, biz sizi heç vaxt bağışlamayacağıq. Biz sizə yaxanızı elə belə çəkməyə də icazə verməyəcəyik. İndi bu dəqiqə və bu yerdə biz öz xəttimizi çəkirik".

İqlim aktivisti Qreta Tunberq və 15 gənc dostu qlobal istiləşmə ilə mübarizədə kifayət qədər iş görmədikləri şikayətiylə Almaniya, Fransa, Braziliya, Argentina və Türkiyəni BMT-yə şikayət ediblər.

Bilge.az

Buradan paylaş: