İngiltərədə oxuyan əcnəbi tələbələr üçün böyük fürsətlər yaradıldı

11.09.2019

Photo

İngiltərədə məzun olan əcnəbi tələbələr əlavə iki il ölkədə qala biləcəklər

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, İngiltərədə universitetdə oxuyan əcnəbi tələbələrin məzun olandan sonra iş tapmaları üçün ölkədə qalmalarına icazə verilən viza möhləti dörd aydan iki ilə qədər artırılıb.

Almaniyada məktəbə necə hazırlaşırlar

Beləliklə, ölkənin bundan əvvəlki baş naziri Tereza Meyin daxil işlər naziri olduğu 2012-ci ildəki miqrasiya qanunu dəyişdirilib.

Mey həmin vaxt bu möhləti iki ilə qədər artımağı "ifrat səxavətliklik" adlandırmışdı.

İngiltərə Baş naziri Boris Conson isə bu addımın tələbələrin "potensiallarını ortaya çıxarmaq və İngiltərədə iş tapmaq üçün faydalı olacağını" bildirib.

Qanun dəyişikliyi ilə yanaşı, növbəti ildən etibarən universitet və magistratura diplomu olan tələbələr ölkədə iki il ərzində iş axtara biləcəklər.

Bilge.az

Buradan paylaş: