İsrail Fələstin ərazisi sayılan bölgələri özünə birləşdirəcəyini bəyan edib

11.09.2019

Photo

Binyamin Netanyahu ziddiyyətli bəyanatla çıxış edib

Bilge.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu əgər qarşısıdakı seçkilərdə qalib gələrsə, İordan Vadisini və Ölü dənizin şimal hissəsini İsrail dövlətinə anneksiya edəcəyini bəyan edib.

Hakimiyyət və azadlıq - Fukonun fəlsəfi baxışı

"ABŞ planı bizim üçün böyük çağırış və böyük fürsətdir, bu, Qərb sahilində və bizim mirasımızda vacib yer tutan digər əhəmiyyətli ərazilərdə suverenliyimizi tətbiq etmək üçün tarixi imkandır", - Binyamin Netanyahu açıqlamasında bildirib.

Mütəxəssislər Netanyahunun niyyəti baş tutarsa, bunun İsrail və Fələstin danışıqlarında geri dönüşü olmayan böyük bir səhv olacağını deyirlər. Bircə addımla fələstinlilərin beynəlxalq ictimaiyyətin yardımıyla gələcək dövlətlərinin qurulacağı ərazi kimi baxdıqları bölgələr əllərindən çıxmış olacaq.

BMT-nin Baş katibi Antonio Qutyerres planın sülh danışıqlarına "dağıdıcı" təsir göstərəcəyini bildirib.

İsrail parlamenti Knessetdə ərəb icmasını təmsil edən Ayman Odeh isə Netanyahunun bəyanatını İsrailin "effektiv aparteid dövlət" olduğunu bəyan etmək mənasına gəldiyini deyib.

Bilge.az

Buradan paylaş: