Dünyada hər 40 saniyədə bir nəfər intihardan ölür

11.09.2019

Photo

Dünyada hər il 800,000 nəfər intihar nəticəsində həyatını itirir

Bilge.az xəbər verir ki, ümumən dünyada intihar statistikası aşağı düşüb, amma yenə də hər 40 saniyədə bir nəfər özünəqəsd nəticəsində ölür. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat verib.

Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

BMT-nin nəzdində fəaliyyət göstərən DST-nin açıqlamasına görə, 2010-2016-cı illər arasında intihar nəticəsində ölənlərin sayı 9,8% azalıb. Rəqəmlərdə artışın müşahidə olunduğu yeganə bölgə Amerika ölkələridir.

DST bildirib ki, dünyada hər il 800,000 nəfər intihar nəticəsində həyatını itirir, malyariyadan, döş xərçəngindən və ya müharibə, məişət zorakılığı nəticəsində ölənlərin sayından çoxdur. Təşkilat bunu "ciddi qlobal ictimai sağlamlıq məsələsi" adlandırıb.

Verilən məlumata görə, dünyanın 38 ölkəsində intiharın qarşısını almaq üçün strateji proqramlar qəbul olunub.

Dünya miqyasında kişilər qadınlara nisbətdə daha çox intihar edirlər, əgər hər 100,000-də 10,5 nəfər qadın intihar edirsə, kişilərdə bu rəqəm hər 100,000-də 13,7 nəfərdir. Qadınların intihar göstəricisinin yüksək olduğu istisna ölkələr isə bunlardır: Banqladeş, Çin, Lesoto, Marakeş və Myanmar.

Dünyada intihar göstəricilərinin 79%-i aşağı və orta gəlirli ölkələrin payına düşür. Yüksək gəlirli ölkələrdə də intihar dərəcəsi yüksəkdir, buralarda hər 100,000-də 11,5 nəfər intihar nəticəsində həyatını itirir.

Bilge.az

Buradan paylaş: