İranda stadiona girişinə icazə verilməyən qadın özünü yandırıb

11.09.2019

Photo

Səhər Xudayari stadiona kişi qiyafəsində girməyə çalışıb

Bilge.az "CNN"ə istinadən xəbər verir ki, 29 yaşlı Səhər Xudayari Tehrandakı futbol stadionuna girişinə icazə verilmədiyindən özünü yandırıb və 9 sentyabr tarixində xəstəxanada vəfat edib. Bu barədə məlumatı "Amnesty International" insan hüquqları təşkilatı yayıb.

Nəyə görə Jan Jak Russo qadınları kişilərə bərabər görmürdü?

Təşkilatın açıqlamasına görə, mart ayında stadiona "kişi paltarında" daxil olmağa çalışan Xudayari "ictimaiyyət içinə hicabsız çıxma" ittihamıyla məhkəməyə verilmişdi.

Keçən həftə Xudayari Tehran məhkəməsində iştirak edib. Məhkəmə təxirə salınandan sonra, o, üzərinə benzin tökərən özünü yandırıb.

Qeyd edək ki, İrandakı 1979-cu il İslam İnqilabından sonra qadınların stadionlara daxil olmasına qadağa qoyulub.

Bilge.az

Buradan paylaş: