Apple şirkəti yeni iPhone smartfonlarını təqdim edib

11.09.2019

Photo

Yeni "iPhone"lar təndiqlərlə qarşılanıb

Bilge.az xəbər verir ki, "Apple" şirkətinin direktoru Tim Kuk Stiv Cobs teatrında yeni "iPhone" smartfonlarını təqdim edib. "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" qadjetlərinin təqdimatı şirkətin saytında canlı yayımlanıb. Yeni modellər daha ucuz olmaları və daha uzun batareya ömrünə sahib olmalarıyla seçilirlər.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Yeni smartfonların özəlliklərindən ən əsası daha yaxşı kameraya sahib olmasıdır.

Yeni "iPhone"larda fotoların bir neçə kadrda yerləşdirilməsi alqoritmləri təkmilləşdirilib və yeni gecə rejimi əlavə olunub.

Bundan başqa, smartfon xəttində yeni rəngləri olan qurğular peyda olub.

Bununla belə, bəzi mütəxəssislər "Apple" şirkətinin yeni modellərinin uğursuz olduğunu iddia edirlər. Onların fikrincə, yeni nəsil smartfonlarda yetərincə yenilik yoxdur. Sosial şəbəkələrdəki istifadəçi rəylərindən də yeni "iPhone" markalarının kifayət qədər xoş qarşılanmadığı görünür.

İddialardan da biri budur ki, "Apple"ın əsas dizayneri Stiv Ayv şirkətdən ayrılandan sonra "iPhone" smartfonlarının yeni dizaynında axsama var. Tənqidçilər həmçinin "iPhone"un artıq Stiv Cobsun əsasını qoyduğu cığırdan yayındığını iddia edirlər.

Bilge.az

Buradan paylaş: