Beyin ölümü keçirən qadının son anda toyu keçirilib

10.09.2019

Photo

Tayvan xəstəxanasında nigah mərasimi baş tutub

Bilge.az "AsiaOne"a istinadən xəbər verir ki, Tayvanda bir gənc cütlük yalnız qızın beyin ölümü keçirməsindən sonra nigah bağlaya bilib. Onların münasibəti 11 davam edib, amma valideyn etirazlarına görə, sevgililər evlənə bilməyiblər. Razılığı ancaq qəzadan bir müddət əvvəl almaq mümkün olub.

Nəyə görə Epikürçü fikirlər müasir dünyəvi həyatın çağırışlarına cavab verir

22 avqustda qız yol qəzasına düşüb. Onun motosiklı qadağan olunmuş dönmə hərəkəti edən avtomobillə toqquşub. Üç gündən sonra həkimlər qıza beyin ölümü diaqnozu qoyublar. Bundan sonra qızın həyat fəaliyyəti süni şəkildə davam etdirilib.

Toy improviziyası elə xəstəxanada baş tutub. Gözləri yaşlı qohumların qarşısında bəy gəlin paltarındakı qızın barmağına üzük taxıb. Bundan sonra gəlini süni həyat verən apparatdan ayırıblar.

Gənc qızın ürəyi də daxil olmaqla, 12 orqanı ehtiyacı olan kəslərə bağışlanılıb. Ananın sözlərinə görə, bu başqalarının həyatını xilas etməyə imkan verəcək.

Bilge.az

Buradan paylaş: