İqlim dəyişikliyi: Həşəratlar milyonlarla insanı xəstəliyə yoluxduracaq

10.09.2019

Photo

Qlobal iqlim dəyişikliyi qlobal sağlamlığa böyük zərbə vuracaq

Bilge.az "Popular Science" platformasına istinadən xəbər verir ki, Birləşmiş Ştatların Corctaun Universitetinin tədqiqatçıları iqlim dəyişikliyi nəticəsində həşəratların yoluxucu xəstəliklərin arealını genişləndirəcəyini deyiblər.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

Həşəratlar amansız qatillərdir. Faktiki olaraq, onlar dünyanın ən ölümcül canlılarından biri hesab olunurlar. Onlar hər il dünyada yaydıqları yoluxucu xəstəliklərlə milyonlarla insanın ölümünə səbəb olurlar. İqlim dəyişikliyinin isə onları daha da ölümcülləşdirəcəyi güman edilir. Planetdə hərarət artdıqca, bu həşəratlar qışda da mövcudluqlarını davam etdirə və daha da yayıla biləcəklər. Yeni tədqiqata əsasən, beləcə onlar əsrin sonunda milyardlarla infeksiyaya səbəb olacaqlar.

Tədqiqatın həmmüəllifi Corctaun Universitetinin biologiya departamentinin əməkdaşı Kolin J. Karlson açıqlamasında deyib: "Məsələ aydın və sadədir, iqlim dəyişikliyi milyonlarla insanı öldürəcək. Xüsusilə tropik ölkələrdən mülayim ölkələrə yayıldıqca, həşəratlardan qaynaqlanan xəstəliklər böyük problemlərə səbəb olacaq".

Amerikalı alimlərin apardıqları tədqiqat bir daha göstərib ki, qlobal iqlim dəyişikliyi qlobal sağlamlığa böyük zərbə vuracaq.

Bilge.az

Buradan paylaş: