Norveçdə naməlum xəstəlik təşvişi: Onlarla it ölüb

10.09.2019

Photo

Norveçdə evlərdə 500-600 min itin yaşadığı güman edilir

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Norveçin Qida Təhlükəsizliyi Qurumu əvvəlcə paytaxt Osloda, ardınca da 13 qəsəbədə müşahidə olunan 40-a qədər vaqiədə itlərdə qusma və ishal hallarının baş verməsi barədə xəbər verib.

Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?

Norveç Televiziyası indiyədək ən azı 25 itin öldüyünü bildirib. Norveç Veterinarlıq İnstitutu isə itlər üzərində aparılan ekspertizalar nəticəsində ölümlərin iki şübhəli bakteriyadan qaynaqlandığını açıqlayıb.

Qida Təhlükəsizliyi Qurumunun sözçüsü Ole-Herman Tronerud xəstəliyin "çox ciddi" olduğunu bildirərək, "bunun yoluxucu xəstəlik, yoxsa individual hallar olub-olmadığını hələlik bilmirik" deyib.

İt sahiblərinə heyvanlarını tasmasız gəzintiyə çıxarmamaları və digər heyvanlarla əlaqəyə buraxmamaları barədə xəbərdarlıq edilib.

"Guardian" qəzetinin xəbərinə görə, Norveç İt Klubu it sahiblərinin yoluxucu xəstəlik qorxusuna qapıldığını və internet saytının çökdüyünü açıqlayıb. Artıq İsveçdə də itlər arasında oxşar təzahürlərin baş verməkdə olduğu da xəbər verilib.

Qeyd edək ki, təxminən 5,2 milyon əhalsi olan Norveçdə evlərdə 500-600 min itin yaşadığı güman edilir.

Bilge.az

Buradan paylaş: