Alimlər elmə məlum olmayan məxluqlar aşkar ediblər

10.09.2019

Photo

Bu tapıntı Yerdə həyatın necə meydana gəldiyini aydınlaşdırmağa kömək edəcək.

Bilge.az "Independent" nəşrinə istinadən xəbər verir ki, Toronto Universitetinin elm adamları Kanadanın Kidda şaxtasının sularında məskunlaşan birhüceyrəli mikroorqanizmlər aşkar ediblər. Onlar su ilə ətraf mühitin qarşılıqlı təsiriylə ortaya çıxan kimyəvi maddələri sormaqla yaşayırlar. Bu tapıntı Yerdə həyatın necə meydana gəldiyi və başqa planetlərdə bu şərtlərin mövcud olub-olmayacağı kimi sualları aydınlaşdırmağa kömək edəcək.

Elm dünyasını təəccübləndirən kəşf: yeni insan növü tapıldı

Elm adamları müəyyən ediblər ki, pirit (dəmir disulfidi) günəş şüasının və oksigeninin yoxluğunda orqanizmlərin həyat fəaliyyətini dəstəkləmək bacarığındadır. Bu, təcrid olunmuş yeraltı mənbələrdə bakteriyaların nəyin hesabına yaşaya bildiyini göstərir. Məlumdur ki, Yer səthinin dərinliklərində trilyonlarla birhüceyrəli məxluq mövcud ola bilər.

Yeraltındakı mikroorqanizmlərə çatan enerjinin məhdudluğu onların metabolizmasını xeyli yavaşladır. Nəticədə onlar minlərlə il ərzində heç bir dəyişikliyə məruz qalmadan yaşaya bilərlər.

Alimlər açıq mikroblarla digər yeraltı birhüceyrəlilər arasında qohumluq əlaqələrinin olub-olmadığını müəyyən etmək üçün DNT analizi keçirməyə hazırlaşırlar.

Bilge.az

Buradan paylaş: