Polşada israilli tələbələrə hücum edilib

09.09.2019

Photo

Hücumu ərəbdilli şəxslərin təşkil etdiyi bildirilir

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, Polşanın paytaxtı Varşavada ərəb dilində danışan şəxslər gecə klubundan çıxan israilli gənclərə hücum ediblər. Hadisə nəticəsində çoxsaylı bədən xəsarətləri alanlar var.

"The Times of Israel"in məlumatına görə, hadisə 8 sentyabrda səhərin erkən radələrində baş tutub. Özlərini Qətər vətəndaşları adlandıran və ərəb dilində danışan bir qrup kişi səhər saat dörd radələrində gecə klubundan çıxan Varşava universitetinin israilli tələbələrinə yaxınlaşıblar. Yaxınlaşanlar onlara haradan olmaları barədə sual veriblər, cavabı eşidən kimi isə İsrailin əleyhinə yönəltdikləri nalayiq ifadələrlə hücuma keçiblər.

Ən azından bir nəfər ağır şəkildə xəsarətlər alıb, o huşunu itirib, sifət nahiyəsində müxtəlif sınıqlara məruz qalıb. Gecə klubunun yanından keçənlər hadisəyə müdaxilə etməyiblər.

İsrailin Polşada səfirliyi hadisəni "qorxunc barbarlıq aktı" kimi xarakterizə edib. Polşanın Daxilin İşlər nazirliyi hadisənin araşdırıldığını və günahkarların tezliklə cəzalandıracağını bildirib.

Bilge.az

Buradan paylaş: