Bu müsəlman ölkəsində ilk dəfə gey-parad keçirildi

09.09.2019

Photo

Sarayevoda LGBT nümayəndələrinin yürüşünə çox sayda insan qatılıb

Bilge.az "dw.com"a istinadən xəbər verir ki, 8 sentyabrda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində tarixdə ilk dəfə gey-parad keçirilib. Paytaxtdakı yürüşdə 2 mindən çox insan iştirak edib. Minə yaxın polis əməkdaşı yürüş iştirakçılarını onlara qarşı çıxan çoxsaylı insan kütləsindən müdafiə ediblər.

Kişi sevgisinin psixoanalizi

Yürüş iştirakçıları arasında Böyük Britaniyadan, Fransadan, İtaliyadan olan deputatlar, həmçinin homoseksuallığını gizlətməyən ABŞ səfiri olub. Marşda iştirak edənlər Sarayevonun mərkəzində bir kilometr yarım yolu qət ediblər. Tədbir LGBT aktivistlərinin parlament qarşısındakı şüarlarıyla başa çatıb.

Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hahn qeyd edib ki, bu "Bosniya və Hersoqovinada bütün vətəndaşların, həmçinin LGBT nümayəndələrinin müdafiəsi sahəsində çox vacib addımdır, çünki onlar da təhdid və zoralığa, ayrı-seçkiliyə məruz qalmadan yaşamağı haqq edirlər".

Bilge.az

Buradan paylaş: