Psixoloqlar: İnsanın uğur qazanması kiminlə evlənməsindən asılıdır

09.09.2019

Photo

Evli cütlüklər arasında tədqiqat keçirilib

Bilge.az "ideapod.com" platformasına istinadən xəbər verir ki, bir insanın uğur qazanması üçün kiminlə evlənməsi böyük rol oynayır.

Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Karnegi Mellon Universitetinin bu yaxınlarda nəşr olunan tədqiqatına görə, həyat yoldaşı insanın verdiyi qərarlara böyük təsir göstərməklə, qazanacağı uğura və uğursuzluğa gətirib çıxara bilərlər.

Tədqiqata görə, dəstəkləyici həyat yoldaşları olan kəslər "özlərinə çox güman, daha çox uğur qazanmaq şansı verirlər".

Tədqiqatçılar bu qənaətə 163 evli cütlüyü tədqiq etdikdən sonra gəliblər. Hər bir partnyora bir seçim verilib - tapmacanı həll etmək, ya da hədiyyə üçün yarışmaq. Sonra araşdırmaçılar hər bir cütlüyün bir-birləriylə əlaqələrini nəzərdən keçiriblər.

Onlar aşkar ediblər ki, həvəsləndirici və dəstəkləyici partnyorları olanlar əksər hallarda hədiyyə üçün yarışıblar. Həvəsdən salan partnyorları olanlar isə bəsit tapmacalara üz tutublar.

Amma araşdırma bununla tamamlanmayıb. Tədqiqatçılar 6 aydan sonra eyni cütlükləri gözdən keçirərkən müəyyən ediblər ki, daha çətin tapşırığa girişənlər həyatlarında daha yaxşı münasibət yaşayırlar, mənəvi ovqatları və inkişafları yaxşıdır və ümumilikdə, bəsit tapmacaları həll edən cütlüklərdən daha xoşbəxtdirlər.

Bilge.az

Buradan paylaş: