Çində kişilərin qarınlarını göstərmələri qadağan edilib

09.09.2019

Photo

Rəhbərlik şəhər sakinlərinə sərt xəbərdarlıq edib

Bilge.az "Guardian"a istinadən xəbər verir ki, çinli kişilər arasında sərinləmək vasitəsi kimi məşhur olan "Pekin bikinisi"ni rəsmi orqanlar "qeyri-sivil" davranış kimi qadağan ediblər.

Havaların isti keçdiyi dövrdə çinli kişilərin köynəklərini yuxarı qaldırıb qarınlarını açıqda saxlaması kimi qeyri-ənənəvi dəb Jinan şəhər rəhbərliyinin qəzəbinə tuş gəlib. Şəhər rəhbərliyinin açıqlamasına görə, "bu, qeyri-sivil davranış şəhərin ümumi mənzərəsinə ciddi şəkildə xələl gətirir".

Verilən açıqlamaya görə, yeni qaydaları pozan və xüsusilə əhalinin sıx olduğu parklarda, ictimai meydanlarda, avtobuslarda və biznes məkanlarında "Pekin bikinisi" formasında gəzən istənilən şəxs sərt şəkildə cəzalandırılacaq. Rəsmilər xüsusilə yaşlı insanlara müraciət edərək, özlərini ictimaiyyət arasında qaydasında aparmağa səsləyiblər.

"Beijing Youth Daily" qəzetinə açıqlama verən Jinan şəhər departamentinin rəsmisi bildirib: "Urban sivilizasiyası hər kəsə aiddir. Biz həmçinin ümid edirik ki, biz başdan başlaya və şəhərimizin imicini birlikdə qoruya bilərik. Son illərdə insanlar getdikcə daha çox sivilləşdikcə, köynəksiz gəzmək halları azalıb. Ancaq yenə də elə hallar olur ki, şəhərin ümumi mənzərəsində və vətəndaşların duyğularında narahatlıq doğurur".

Bilge.az

Buradan paylaş: