Gündəlik bu xırda məşğələləri etmək sizə böyük məşqlər qədər faydalı olacaq

09.09.2019

Photo

Mütəxəssislər bağçılıqla məşğul olmağı və ağır torbalar daşımağı tövsiyyə edirlər

Bilge.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyada əvvəllər fiziki məşğələlərin faydalı olması üçün 10 dəqiqədən az olmaması güman edilirdi. Amma aparılmış tədqiqatlardan sonra məlum olub ki, bir neçə dəqiqə ərzində pilləkənləri sürətlə qalxmaq kimi xırda fiziki məşğələlər belə sağlamlıqçün faydalıdır.

Bu barədə hesabatı Bristol Universitetinin mütəxəssisləri yayıblar. Onların sözlərinə görə pilləkənləri dırmaşmaq üçün bir neçə dəqiqəlik qaçış 150 dəqiqəlik orta cəld məşğələnin (yaxud 75 dəqiqəlik intensiv aktivliyin) faydasını verə bilər. Mütəxəssislər bunu yetkin şəxslərə hər həftə təcrübədən keçirməyi tövsiyyə edirlər.

Universitetin hesabatına görə, yetkin şəxslər oturaq keçən zamanı azaltmalıdırlar. Həftədə əzələ qüvvəsini saxlamağa yardım edən bağçılıq, bazardan daşınan ağır torbalar və ya aerobika eləmək kimi məşğuliyyərlər çox faydalıdır.

Mütəxəssislər əzələ aktivliyinin çox vaxt görməzdən gəlindiyini vurğulayıblar. Onların açıqlamasında bildirilib: "Bunlar yaddan çıxmış təlimatlara çevriliblər. Bu bizim güman etdiyimizdən də vacib məşğələlərdir".

Bilge.az

Buradan paylaş: