74 yaşlı qadın əkiz doğaraq dünya rekordu qırıb

06.09.2019

Photo

Uşaqların və ananın sağlamlığı qaydasındadır

Bilge.az xəbər verir ki, Hindistanın Andxra-Pradeş ştatında 74 yaşlı qadın in vitro gümrələmə (İVG) prosedurunun sayəsində əkiz uşaq dünyaya gətirib. Bu barədə "Hindustan Times" qəzeti məlumat verib.

Nəyə görə uşaqların sənətə, hekayələrə, şeirlərə və musiqiyə ehtiyacı var?

Erramati Manqayamma 30 il bundan əvvəl menopoz olub, ancaq o ana olmaq istəyindən heç vaxt əl çəkməyib. 2018-ci ilin noyabrında o reproduktiv sağlamlıqla bağlı yerli klinikaya müraciət edib və klinika prosedurun böyük hissəsini ödəməyi öz öhdəsinə götürüb. Həkimlər yaşlı qadının hamiləliyinin tarixi hadisə olacağından əmin olublar.

İVG proseduru üçün donor yumurta hüceyrələrindən istifadə edilib. Gübrələmə uğurlu keçib. Bu ilin yanvar ayında qadın xəstəxanaya yerləşdirilib və bütün hamiləlik müddəti boyunca onun sağlamlığına nəzarət edilib. "Ona kartioloqlar, pulmonoloqlar, ginekoloqlar və dietoloqlar müntəzəm baxış keçirirdilər", - klinikanın direktoru Sanakayala Umaşankar deyib.

5 sentyabr axşamı qeysəriyyə əməliyyatı ilə dünyaya iki sağlam qız uşağı gəlib. "Əməliyyat qənaətbəxş keçdi, - doğumu aparan Umaşankar deyib: ana və körpələri sağlamdırlar, problemləri yoxdur" - yenidoğulanlar donor südü ilə bəslənəcəklər.

Manaqayamma öz yaşını sənədlə təsdiq edəndə, doğuş həyata keçirən dnyanın ən yaşlı qadını olacaq. Hazırda bu rekord ispan Mariya del Karmen Busade de Laraya məxsusdur, o, 66 yaşında əkiz uşaq dünyaya gətirib.

Bilge.az

Buradan paylaş: