Depressiya 20-dən çox təhlükəli xəstəliyə səbəb olur

06.09.2019

Photo

Elm adamları 337, 536 insan arasında araşdırmalar aparıblar

Bilge.az xəbər verir ki, Cənubi Avstraliya Universitetinin elm adamları depressiyanın 22 təhlükəli xəstəliyə səbəb olduğunu müəyyən ediblər. Bu barədə ali məktəbin saytında məlumat verilib.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

Alimlərin tədqiqatından çıxan nəticəyə görə, depressiya ürəkdə işemiya ağrılarına, astmaya, ezofaqitə, qastroenteritə və ifrazat yolu sistemindəki narahatlıqlara səbəb olur. Bu qənaətə elm adamları genetik analizlərin (MR-PheWAS-analiz) köməyilə 337, 536 insan arasında aparılan araşdırmalardan sonra gəliblər.

Depressiyadan qaynaqlanan mənfi halların qarşısını almaq üçün mütəxəssislər qidalanmağa diqqət etməyi, ümumın sağlam həyat tərzi keçirməyi tövsiyyə edirlər. Bundan başqa, onlar hesab edirlər ki, kompleks müalicə insana psixoloji böhrandan daha tez çıxmağa kömək edə bilər.

Bilge.az

Buradan paylaş: