Facebook potensial sevgililər üçün görüş tətbiqi buraxıb

06.09.2019

Photo

Yeni görüş özəlliyi tətbiqdaxili təhlükəsizliklə təmin edilib

Bilge.az "Time" nəşrinə istinadən xəbər verir ki, "Facebook" dünən çoxdan gözlənilən və mövcud tətbiqin üzərində qurulan görüş özəlliyini təqdim edib. Özəllik "Instagram"a calanmağa imkan verməklə, digər görüş tətbiqlərinə bənzəyir. Bu zaman istifadəçilərə bu üç müxtəlif sahə ilə bağlı vacib suallara cavab vermək tələb olunur.

Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Gizli sevgi ("Secret Crush"). Facebook ilin əvvəlindən xidmətini elan edəndən bəri bu, ən çox müzakirə olunan özəllik idi. "Secret Crush" istifadəçilərə "potensial romantik münasibətlərini araşdırmaq üçün" maraqlandıqları "Facebook" dostlarını və "Instagram" izləyicilərini seçməyə imkan verir. Əgər hər iki şəxs bir-birlərini görüş üçün "potensial namizəd" kimi seçsələr, "Facebook" bu uyğunluğu açır və onların mesajlaşmasına imkan yaradır.

Təhlükəsizlik. "Facebook Görüşü" tətbiqi istifadəçilərə görüşə gedərkən inandıqları dostları ilə lokasiyalarını bölüşməyə imkan vermir. Amma özəllik özünün messencer tətbiqinə asan keçid imkanı verir, beləliklə, istifadəçilər qarşıdakı görüşlə bağlı vaxtı və zamanı dostlarına deyə və nəzərdə tutulan görüşdən 15 dəqiqə əvvəl özlərinin olduqları yeri onlara xatırlada bilərlər.

Uzaqlıq. "Tinder" və digər tətbiqlər istifadəçilərə əgər facebook hesablarını tətbiqə bağlayıblarsa, potensial görüşə çıxacaqları ortaq dostlarınının olub-olmamasını öyrənməyə imkan verəcək. Həmin bağlantılar da belə görünür ki, tətbiqin görüş uyğunluğu alqoritminə əsasən işləyir.

Bundan başqa, "Facebook" istifadiçiləriylə bağlı daha böyük məlumat bazasına sahibdir və böyük ehtimalla, istifadəçiləri oxşar insanlarla əlaqələndirmək üçün tətbiqdən daha yaxşı yararlana bilər.

Bilge.az

Buradan paylaş: