Avstraliyada transgenderlərə doğum şahadətnaməsində cinslərini dəyişdirməyə icazə verilib

06.09.2019

Photo

Ölkə parlamenti ziddiyyətli qanun layihəsinin lehinə səs verib

Bilge.az "Daily Mail"ə istinadən xəbər verir ki, Avstraliyada dünəndən etibarən transgenderlərə və müxtəlif cinsli vətəndaşlara cərrahiyyə əməliyyatına, yaxud cinsi tamamilə itirməyə ehtiyac olmadan, doğum şahadətnaməsində cinslərini dəyişdirmək imkanı yaradılıb.

İnqilabi cins

16 yaşlı avstraliyalılar əvvəllər qeydiyyatdan keçmiş cinslərini valideyn icazəsi olmadan dəyişdirə bilərlər.

Ölkənin baş naziri Skot Morrison keçən il doğum şahadətnaməsindən cinsi yığışdırmaq çağırışlarını "gülünc" deyə xarakterizə etmişdi.

Avstraliyanın xristian lobbisi isə doğum şahadətnaməsindən cinsi çıxarmağı bioloji həqiqətləri inkar etmək mənasını gəldiyini bəyan etmişdi.

Ölkənin liberal hökuməti də dəyişikliklərə qarşı çıxırdı. Bununla belə, parlament qanun layihəsinin lehinə səs verib.

Bilge.az

Buradan paylaş: