Samsung ilk qatlanan ekranlı smartfonlarını satışa çıxardı

06.09.2019

Photo

"Galaxy Fold" smartfonların qiyməti təxminən 1980 dollardır

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, "Samsung" "Galaxy Fold" markalı smartfonlarını bu ilin aprel ayıında satışa çıxarmağı təxirə salmışdı. Örnək modellərin bəzilərində qatlana bilən ekranın bir neçə gün ərzində sındığı məlum olmuşdu.

Problemləri həll edilən "Galaxy Fold" smartfonları bu gün Cənubi Koreyada satışa çıxarılır.

Smartfonların qiyməti təxminən 1980 dollardır.

"Galaxy Fold" Cənubi Koreya ilə yanaşı, ABŞ, İngiltərə və Sinqapurda da piştaxtalarda olacaq.

Dünyanın ən böyük smartfon və yaddaş kartı istehsalçısı olan "Samsung"un bu sahədəki ən böyük rəqibi Çinin texnologiya şirkəti "Huawei"dir.

"Huawei" keçən il dünyanın ən böyük ikinci ağıllı telefon istehsalçısı olub. Çin şirkəti də ekranı qatlanan smartfonları sentyabrda satışa çıxarmağı planlaşdırır.

Çinin digər texnologiya şirkəti olan "Xiaomi" də ekranın qatlanaraq tabletə çevrilən ağıllı telefon nümunələrini ictimaiyyətə təqdim etmişdi.

"Samsung"un "Galaxy Fold" markasını tələsik bazara çıxarmaqla, rəqiblərini qabaqlamaq istəyində olduğu bildirilir.

Bilge.az

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Buradan paylaş: