Kosmosda ilk dəfə hotel fəaliyyətə başlayacaq (Foto)

05.09.2019

Photo

Hoteldə süni cazibə qüvvəsi yaradılacaq

Bilge.az "Bigthink"ə istinadən xəbər verir ki, 2025-ci ilə qədər kosmosda ilk dəfə hotel fəaliyyətə başlayacaq.

"Gateway Foundation" təşkilatının nasist və amerikalı raket alimi Vernher von Braunun konsepsiyaları əsasında layihələşdirəcəyi hotel süni cazibə qüvvəsi təchiz olunacaq. Bundan başqa hotel yüksək səviyyəli interyer dizaynı, tam təchiz olunmuş mətbəxləri ilə seçiləcək. Təşkilat hotel stansiyasını həftədə 100 turistin ziyarət edəcəyini planlaşdırır.

Layihənin yaradıcısı Tim Alatorre hoteli hər kəs üçün açıq etmək istəyir: "Nəhayət ki, insanların istirahət planlaşdırmasında kosmosa səyahət kruizlə səyahətə çıxmaq və ya Disneylendə getmək kimi bir seçim olacaq".

Hotel stansiyası 190 metr diametri olan nəhəng təkərdən düzəldiləcək və qravitasiya qüvvəsi yaratmaq üçün fırlanacaq. Təkərin 3 göyərtəsində yataq və dəstək dəsti ilə təchiz olunmuş 24 fərdi modul mövcud olacaq və ümumilikdə 400 nəfərin qonaqlaması təmin ediləcək.

"Gateway Foundation" təşkilatının növbəti hədəfi hoteldə 1400 nəfərin qonaqlamasını təşkil etməkdir.

Təşkilatçılar orbitdə hotel işini robotlardan və dronlardan istifadə etməklə həyata keçirmək niyyətindədirlər.

Bilge.az

Buradan paylaş: