İctimai nəqliyyatda təcavüzkarları ifşa edəcək damğa satışa çıxarılan kimi qutarıb

29.08.2019

Photo

Yaponiyada satışa çıxarılan xüsusi damğalar kütləvi daşınmalarda təcavüzkarları ifşa edəcək

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada kütləvi nəqliyyat vasitələrində cinsi təcavüzkarlığa qarşı eksperimental məqsədlə satışa çıxarılan görünməz mürəkkəbli damğalar satışa çıxarılandan yarım saat sonra tükənib.

"Shachihata Inc." adlı möhür şirkətinin çıxardığı damğa təcavüz vaxtı təcavüzkarın əlinə bulaşır.

İŞID-ın arxasında buraxdığı faciəli insan taleləri

Gün işığında görülməyən mürəkkəbdən ibarət damğa xüsusi işıqlandırmaya məruz qaldıqda təcavüzü əks etdirən ovuc işarəsi göstərir. Damğa yuyulanda çıxır.

Şirkət bu damğanın mümkün hadisələrlə bağlı yayındırıcı təsirinin olacağını irəli sürür.

Şirkətin rəsmisi Fumihiro Mukai CNN-ə açıqlamasında bildirib ki, damğa ideyası sosial şəbəkə istifadəçilərinin xüsusilə kütləvi nəqliyyat vasitələrində məruz qaldıqları cinsi zorakılıq hallarını ifşa etmək kampaniyası çərçivəsində ortaya çıxıb.

500 dənəsi satışa çıxarılan damğa xüsusi işıqlandırıcı fənərləri ilə birlikdə təqribən 24 dollara satılıb.

Qeyd edək ki, Yaponiya inkişaf etmiş ölkələr arasında cinsi bərabərlik sahəsində mənfi nəticələr göstərir. Dünya İqtisadi Forumunun cinsi bərabərlik reytinqində Yaponiya 149 ölkə arasında 110-cu sıradadır.

Yaponiya bu sahədə G7 ölkələri arasında da sonuncu yerdədir.

Bilge.az

Buradan paylaş: