Yüzlərlə uşağın qurban verildiyi kütləvi məzarlıq aşkarlandı

29.08.2019

Photo

Uşaqların yaşı 4 ilə 14 yaş arasında dəyişir

Bilge.az "AFP"yə istinadən xəbər verir ki, arxeoloqlar Perunun Lima şəhərinin şimalında 227 uşaq cəsədinin basdırıldığı kütləvi məzarlıq aşkar ediblər. Alimlərin açıqlamasına görə, hazırda bu, uşaqların dəfn edildiyi ən böyük məzarlıqdır, uşaqların yaşı 4 ilə 14 arasında dəyişir.

Nitsşeyə görə, biz niyə var qüvvəmizlə yaşamalıyıq?

Uşaqların çimu mədəniyyətində allahlara qurban edildiyi məlum olub. Bu hələ qalıqların hamısının olmadığı və öldürülənlərin sayının qat-qat çox olacağı ehtimal edilir.

"Bu uşaqların tarixçəsi ilə bağlı hələ hamısı deyil. Haranı qazırıqsa, hər dəfə yeni cəsəd aşkarlayırıq", - arxeoloq Fren Kastilyo deyib.

Qeyd edək ki, mart ayında Truxilyo Milli Universitetinin elm adamları Perunun şimalında XV əsrdə qurbanvermə ritualları zamanı öldürülən uşaq və heyvanların kütləvi məzarlıqları barədə materiallar dərc etmişdilər. 2011-2016-cı illər arasında aparılan qazıntı işləri zamanı 700 kvadrat metrlik ərazidə 140 uşaq və 200-dən çox lamanın qalıqları aşkarlanmışdı. Uşaqlar arasında 5-14 yaşlı oğlanlar və qızlar olub.

Bilge.az

Buradan paylaş: