Leonardo DiCaprio Amazon yanğınlarına 5 milyon dollar yardım edir

26.08.2019

Photo

Leonardo DiCaprio və onun filontrop dostları Lauerene Powell və Brian Sheth tərəfindən yaradılmış yeni Yer birliyi ətraf mühit təşkilatı Amazon meşə yanğınlarının qarşısının alınması üçün 5 milyon dollar yardım edəcək.

Dünyanın ən uzun meşə zolağında yanğın bu il başlayıb və sürətinə görə 2013-cü ildən bu yana ən sürətli yanğındı. Braziliya Milli Ərazi İnstitutunun hesablamalarına görə hər gün və dəqiqə fubtol meydançası boyda meşə sahəsi məhv olur.

İqlim dəyişikliyi qlobal aclığa səbəb ola bilərmi?

Dünya oksigeninin 20 faizini yaradan Amazon meşələri planetin ciyərləri adlanır və Qlobal istiləşmənin azalmasında əhəmiyyətli rol oynayır.

Yer Birliyi meşə yanğınları üçün fövqəladə 5 milyon dollarlıq büdcə yaradıb. Yardım yerli sakinlər və ərazinin biomüxtəlifliyini qoruyan təşkilatlar üçün olduqca önəmli rol oynayır.

Təşkilat elan edib ki, maliyyə yardımı yanğınla mübarizə aparan, lokal əraziləri qoruyan və zərərçəkmiş komunalara mənəvi dəstək olan təşkilatlar arasında bölünəcək.

Buradan paylaş: