40 kq qum oğurluğuna görə 6 il həbs

22.08.2019

Photo

Fransalı cütlüyü avtomobillərində tapılan 40 kq Sardiniya qumuna görə 6 il həbs gözləyir.

Onlar bildiriblər ki qumu sadəcə suvenir kimi evə aparmaq istəyirmişlər və bilmirlərmiş ki əslində cinayət edirlər.

İllərlə yerli camaat adanın təbii assetlərinin oğurluğu haqqında narahatlığın ifadə edib. Sardiniyanın qumu ictimai mülkdür və onun sahildən daşınıb aparılması qanunla qadağandır.

Polis 14 plastik butulkaya yığılmış qumu cütlüyün avtomobilində tapıb.

Rəsmi qurumlar hər il minlərlə ton qiymətli qumun yoxa çıxdığından çox narahatdılar. Buna isə səbəb eroziya və dəniz səviyyəsinin qalxması ilə bərabər turistlər tərəfindən qumun oğurlanması da aiddir.

Buradan paylaş: