Braziliyada 3 ayda 500 milyon arı niyə ölüb?

22.08.2019

Photo

Braziliyanın Rio Grande şəhəri daxil olmaqla 4 ayrı şəhərdə arıbaxıcıları 400 milyondan çox arının tələf olduğunu bildiriblər.

Arılar ərzaq təminatında olduqca vacib rola malikdirlər. Beləki bir çox meyvə və tərəzəvlər daxil olmaqla dünya üzrə ərzaqların 3-də biri arıların tozlandırmasından aslıdır.

Bəs Braziliyada arıların kütləvi tələfinə səbəb nədir?

Araşdırmaçılar arıların kütləvi tələfinə səbəb kimi zərərvericilərə qarşı istifadə olunan pestisidləri görürlər. Bildirilir ki, hadisəyə səbəb Avropada artıq qadağan olunmuş ancaq Braziliyada qadağaların qaldırılmasından sonra istifadə olunan pestisidlər səbəb olub.

Bununla belə arıların kütləvi ölümü təkcə Braziliyada baş verməyib.

Rusiya, Cənubi Afrika, Türkiyə, Kanada, Meksika və Argentina kimi ölkələrdə də son bir ildə arıların böyük sayda tələfatı qeydə alınıb.

Buradan paylaş: