Parlament spikeri iclas zamanı deputatın körpəsini yedirib

22.08.2019

Photo

Bir neçə gün əvvəl Yeni Zenlandiya parlamenti iclasa xüsusi qonaq dəvət edib.

Parlamentin spikeri atalıq məzuniyyətindən qayıtmış millət vəkili Tamati Coffey-in 1 aylıq körpəsini qucağına alıb və onu yedizdirib. O uşaqla olan şəkili paylaşdığı tvitter hesabında qeyd edib ki, spikerin yeri rəsmilər üçündü, amma bu gün VİP qonağımız olacaq mənimlə.

Video görüntülərdə görünür ki, spiker uşağı süd şüşəsindən yedizdirərkən həm də parlamentarilərin çıxışlarını dinləyir. Bir yerdə isə o uşağın qığıldamağı ilə deputatın çıxışı üçün ayrılmış vaxtın bitdiyini göstərib.

Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir istifadəçi qeyd edir: "Yeni Zenlandiya, sən balaca ölkə ola bilərsən, ancaq dünyaya öyrədəcək çox şeyin var".

Qeyd edək ki, keçən il ölkənin baş naziri Jacinda Ardern son 30 il dünya liderləri içində ilk dəfə vəzifədə olarkən uşaq dünyaya gətirən ilk siyasətçidir. O sonra işə geri qayıtdı.

O həmçinin uşağını BMT-nin iclas zalına gətirdiyi sentyabr ayında medianın gündəminə düşmüşdü.

Buradan paylaş: