Qırmızı papaqlı qız seksizmdə ittiham olunur

21.08.2019

Photo

Məşhur nağılın kitabxanalardan çıxarılması gündəmdədir

Bilge.az "The Guardian"a istinadən xəbər verir ki, İspaniyanın Barselona şəhərinin bəzi kitabxanaları rəflərindən "Qırmızı papaqlı qız" nağılını çıxarmaq istəyirlər.

Aparılan araşdırmalar zamanı məlub olub ki, Qrimm Qardaşlarının yenidən işlədikləri Şarl Perronun "Qırmızı papaqlı qız" nağılı daxil olmaqla, təxminən 200 uşaq kitabında seksist kontent var və pedaqoji dəyərə malik deyillər. Həmçinin İspaniyada çox sevilən fateh Müqəddəs Georgi haqqındakı nağıllar da tənqidlərə tuş gəlib.

Bu barədə fəaliyyətə başlayan komissiyadan vurğulanıb ki, gender stereotipləri ilə bağlı propoqanda ilə üzləşən uşaqlar gələcəkdə nağıllardakı seksist kondenti norma kimi qəbul edəcəklər, bu isə yolverilməzdir.

Bilge.az

Buradan paylaş: