Berlin şəhəri sürücüsüz avtobusları test edir

19.08.2019

Photo

Sürücüsüz, özü sürən mini avtobuslar 2019-cu ilin sonundan Berlində istifadəyə veriləcək.

Bir neçə gün əvvəl Berlin küçələrində sürücüsüz avtobuslar test edildi. Şəhər yolda sürücüsüz maşınları artırmağı düşünür. Almaniyada ictimai yolda ilk belə sürücüsüz avtobus 2017-ci ildə istifadəyə verilib.

Sərnişinlər üçün pulsuz olacaq bu altı yerli avtobus elektriklə işləyəcək.

Berlin İctimai Nəqliyyat operatoru rəhbəri Sigrid Nikutta qeyd edib ki, sarı avtobuslardan sonra bu yeni kompakt avtobuslar bizə ciddi sürət nəzarəti olan və digər dar yollarda lazım olacaq. O həmçinin əlavə edib ki, avtobus sürücüləri narahat olmasınlar, onlara yenə də ehtiyac var. Yeni avtobuslar hələ ki belə tezliklə onları əvəz etməyəcək.

Hər hansı bir çətinliyə qarşı avtobusda bir nəfər əməkdaş olacaq.

Avtobuslar hələki ilkin olaraq yanlız 600 metr yol gedəcəklər. Dünyanın 100 şəhərinə eksport edilən nəqliyat vasitələri Fransa şirkəti "EasyMile" tərəfindən yaradılıb.

Buradan paylaş: