Homofob şüarlar səbəbindən futbol oyunu yarımçıq dayandırıldı

19.08.2019

Photo

Fransada futbol matçı zamanı homofob şüarlar qışqırıldığı üçün oyun yarımçıq dayandırılıb. Hakim Mehdi Mohtari idarə etdiyi "Nancy" və "Le Mans" komandaları arasındakı oyunu ikinci hissədən az sonra dayandırıb.

Oyun Nancy futbolçularının azarkeşlərini sakitləşdirdikdən sonra davam edib. Frans Press Agentliyini xəbər verir ki, məlum şüarlar çempionatın (Le Ligue) rəhbərliyinə qarşı ünvanlanıb.

Hadisəyə Fransanın Bərabərlik Nazirliyinin rəhbəri də tvitterdə münasibət bildirib. Marlene Schiappa statusunda oyunun hakimini atdığı addıma görə təbrik edib. "Hakim Mehdi Mohtarini oyun qaydalarına uyğun olaraq, homofobik şüarlara görə Nancy Le Mans oyununu cəsarətli şəkildə dayandırdığı üçün təbrik edirəm. Futbol coşğulu oyundu, ancaq o hamı üçün belə qalmalıdır".

Fransa İdman Naziri də hakimi oyunu dayandırmaqla bağlı qərarına görə tərifləyib. Roxana Maracineanu hakimi oyunu dayandırdığı üçün təbrik edib və qeyd edib ki, ümid edir bu birinci və sonuncu belə hadisə olacaq.

Buradan paylaş: