Məşhur çinli aktyorlar Honkonq etirazçılarının qəzəbinə tuş gəlib

19.08.2019

Photo

Ceki Can (Jackie Chan) və Lui Yife (Lui Yifei) daxil olmaqla bir neçə məşhur aktyor Honkonq etirazlarına sərgilədikləri münasibətə görə sosial şəbəkələrdə kəskin etiraza tuş gəlib.

Ceki Can dövlət televiziyasına müsahibəsi zamanı deyib ki, bu hadisələr insanları kədərləndirib və depressiv edib. "Honkonq mənim doğum yerim həm də evimdi, Çin mənim ölkəmdi. Mən evimi və ölkəmi sevirəm. Həqiqətən ümid edirəm Honkonq tezliklə sülh dövrünə qayıdacaq".

Bu müsahibəyə cavab olaraq Tvitterdəki Honqonq dünya şəhəri profili "Honkonq sənə nifrət edir" yazıb.

Başqa bir tvitter istifadəçisi isə "Zəhmət olmasa bundan sonra Honkonqdan olduğumuzu biləndə bizdən Ceki Can haqqında soruşmayın" yazıb.

Çin əsilli Amerikalı aktrisa Lui Yifei isə şəhərdə etirazçılar və polis arasında qarşıdurma davam edərkən sosial şəbəkədə Honkonq polisinə sevgi mesajları göndərib. O 65 milyon izləyicisi olan Çinin tvitteri hesab olunan Veibo-da "Honkonq polisini dəstəkləyirəm, indi siz məni döyə bilərsiniz" yazıb.

Bundan sonra post sosial şəbəkələrdə tənqidə tutulub. Etirazçılar aktrisanın oynadığı Mulan filminin boykotuna çağırış edib.

Buradan paylaş: