Aktivist narkotacir ekstradisiya olunarkan qaçıb

19.08.2019

Photo

“İnternet narkobaronu” Ukraynadan ektradisiya olunarkən qaçıb

İsrail və ABŞ vətəndaşı, internet üzərindən beynəlxalq marixuana mağazasının yaradıcısı Amos Dov Silverin Borispol aeroportunda ekstradisiya zamanı qaçması ilə bağlı Ukrayna Təhlükəsizlik Xidmətində (UTK) daxili istintaq başlanıb.

Ekstradisiya prosesində birbaşa məsul şəxslər kimi iştirak edən UTK əməkdaşlarının vəzifə fəaliyyətləri istintaq müddətində müvəqqəti dayandırılıb. Hazırda Ukraynanın Daxili Təhlükəsizlik Ofisində onlardan izahat tələb olunur. Amos Dov Silver həbs qərarı üzrə axtarışdadır.

Dövlət Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Andrey Demçenko Amos Dov Silverin aeroportdakı passport nəzarət məntəqəsinə yaxınlaşmazdan öncə UTK əməkdaşlarının əlindən qaçdığını söyləyib.

Kiyev Prokurorluğu “narkobaron”un qaçışı ilə bağlı cinayət işi açıb.

Amos Dov Silver yəhudi ortodoks ailəsindəndir. 15 yaşında ailəsini tərk edib və marixuananın leqallaşdırılması uğrunda hərəkatın aktivistlərindən birinə çevrilib. Davamlı olaraq narkotik maddə qəbul etdiyini özü də gizlətmir. O, kanabisi təbliğ edən bir sıra nümayişlər təşkil edib. Bu ilin martında İsrail tərəfinin sorğusu əsasında Kiyevdə həbs olunub. Amos Dov Silver İsraildə narkotik maddələrin kütləvi satışını təşkil edən cinayətkar qrupa rəhbərlikdə ittiham olunur.

Buradan paylaş: