Daun sindromlu qız məşhur moda agentliyinə model seçilib (Foto)

16.08.2019

Photo

25 yaşlı Çelsi Verner həm də uğurlu gimnastdır

Bilge.az "Bigperspectives" platformasına istinadən xəbər verir ki, Kaliforniyanın Danvil şəhərində doğulan 25 yaşlı Çelsi Verner tarixdə ilk dəfə peşəkar model seçilən daun sindromlu qadın olub.

Utancaqlığın arxasında dayanan elmi səbəb nədir?

4 dəfə ABŞ-da Xüsusi Olimpiadanın çempion olan Verner beynəlxalq miqyasda tanınan dəb agentliyi "We Speak" ilə müqavilə bağlayıb.

Uşaqlıqda Çelsi əzələlərini möhkəmlətmək üçün gimnastika öyrənməyə başlayıb. Gimnastikaya olan böyük həvəsi nəticəsində o, bir çox mükafatlar qazanıb, bu medallara ABŞ-da keçirilən Xüsusi Olimpiyada qazandıqları da daxildir, Çelsi həmçinin iki dəfə Dünya Çempionluğu titulunu müdafiə edib.

2014-cü ildən isə Çelsi Verner modaya həvəslənib. Hərçənd o, dəfələrlə moda agentliklərinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb. Amma o, cəhd etməkdən əl çəkməyib. 2017-ci ildə "We Spoke" moda agentliyi sosial mediada Çelsinin fəaliyyətini görüb və onunla müqavilə imzalayıb. Hazırda Çelsi Verner model karyerasını uğurla davam etdirir.

Bilge.az

Buradan paylaş: