Ukraynada pedofillər və cinsi təcavüzkarlar xədim ediləcək

16.08.2019

Photo

Uşaqların cinsi istismarına son qoymaq üçün radikal qərarlar qəbul olunub

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada cinsi təcavüzkarlar və pedofillər həbsxanada kimyəvi kastrasiya olunmaqla sərt şəkildə cəzalandırılacaqlar.

Statistikaya görə, 2017-ci ildə Ukraynada 320 uşaq zorlanması halı yaşanıb, pedofiliya zorakılığına məruz qalanların sayının isə minlərlə nəfər olduğu bildirilir. Ölkədə gün keçdikcə artan azyaşlıların zorlanması hallarına və cinsi təcavüzkarlığa son qoymaq üçün hökumət sərt addımlar atmaq qərarına gəlib. Həbsxanalarda tətbiq ediləcək kimyəvi xədim etmə proseduru zamanı əlaqədar məhkumlara libidonu və seksual fəallığı aşağı salacaq anti-androgen dərmanlar vurulacaq.

Nəyə görə uşaqların sənətə, hekayələrə, şeirlərə və musiqiyə ehtiyacı var?

Yeni qanuna əsasən cinsi zorbalar və pedofillər həbsxanadan azad edildikdən sonra polis nəzarətində olacaqlar. Bu cinayətlərlə bağlı müvafiq maddələrdəki həbs müddəti isə 16 ildən 25 ilə qaldırılıb.

Qeyd edək ki, bütün bu xüsusları özündə birləşdirən radikal dəyişikliklər Ukraynanın Yuxarı Radasının xüsusi sessiyasında qəbul edilib.

Bilge.az

Buradan paylaş: