Yupiter nəhəng planeti udub

16.08.2019

Photo

4,5 milyard il əvvəl Yupiter nəhəng planetlə qarışıb

Astronomlardan ibarət beynəlxalq qrup bu qənatə gəlib ki, təqribən 4,5 milyard il əvvəl Yupiter nəhəng planetlə qarışıb, daha doğrusu planeti udub. Bilge.az "Science Alert"ə istinadən xəbər verir.

Tədqiqatçılar qaz nəhənginin tərkibini və daxili strukturu barədə məlumat almaq üçün planetin qravitasiya sahəsini öyrənən kosmik zond "Juno"nun göndərdiyi məlumatları analiz ediblər. Müşahidələrdən alınan nəticə ehtimal edilən modellərə uyğun gəlir. Bu modellərə görə, planetin nüvəsində qazyaradan hidrogen köpükləriylə qarışmış sərt element fraqmentləri var.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

Planetlərin formalaşmasına dair modellərə görə, erkən mərhələlərdə səth altında böyük miqdarda sərt elementlər toplanmaqla kompakt qalın nüvə yaranır. Protopanet qaz cəlb etməyə başlayanda isə, nüvə ilə qaz nəhənginin daha yumşaq qatları arasında keçici qatlar yaradacaq sərt hissəciklər artıq mövcud olmur. Ancaq Yupiterin səthinin altında belə bir mənzərəyə rast gəlinmir.

Elm adamları aşkar ediblər ki, nüvədəki "bulanıqlıq" ən yaxşı formada Günəş sisteminin ilkin formalaşma mərhələlərində Yupiterin başqa bir səma cismi ilə toqquşmasıyla izah oluna bilər. Birbaşa zərbə əvvəlcə kompakt nüvəni dağıdıb və sərt elementləri qaz dumanları ilə qarışdırıb. Oxşar hadisə Saturnda da baş vermiş ola bilər.

Bilge.az

Buradan paylaş: