Google və Facebook-un pornoya baxanları izlədiyi aşkarlanıb

16.08.2019

Photo

Porno tamaşaçılarını izləmək üçün xüsusi alqoritmlərin yaradıldığı məlum olub

Bilge.az xəbər verir ki, "New York Times" (NYT) qəzeti "Google" və "Facebook"un istifadəçilərin hansı porno kontentə baxdıqlarını xüsusi alqoritmlə izlədiyi barədə məlumat yayıb.

NYT-nin xəbərinə görə, 2018-ci ilin martında "Microsoft", Karnegi Mellon Universiteti və Pensilvaniya Universitetinin birlikdə apardığı tədqiqat çərçivəsində 22484 porno saytı analiz edilib.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Bu saytların 74%-ində "Google"un porno tamaşaçılarını izləmək üçün xüsusi alqoritminin olduğu bildirilib.

Saytların 24%-ində "Oracle", 10%-ində isə "Facebook"un izləmə alqoritmləri tapılıb.

Bu nəticələr "Google"un 16638, "Oracle"ın 5396, "Facebook"un isə 2248 porno saytında alqoritmlərinin olduğu mənasına gəlir.

Araşdırma çərçivəsində "webXray" adlı proqramla saytlarda üçüncü tərəflərə istifadəçilərlə bağlı məlumatlar göndərən alqoritmlər axtarılıb.

Tədqiqatın hesabatında bildirilir: "Əldə etdiyimiz nəticələr porno saytlarda istifadəçilərin izlənməsinin genişmiqyaslı olduğunu göstərir. Porno saytların 93%-i üçüncü tərəflərə məlumat sızdırır".

Mütəxəssislərin fikrincə, bu saytlara "məxfi" (inkoqnito) rejimində girməyin də bir fərqi yoxdur. İstifadəçilərin girdiyi səhifələrin siyahısı kompüterdə görünməsə də, bu alqoritmlər məlumat sızdırmaqda davam edir.

Tədqiqat zamanı ortaya çıxan daha bir heyrətamiz nəticə də analiz edilən saytların cəmi 17%-nin məxfi olmasıdır. Bu fakt istifadəçiləri kompüter hakerlərinin hücumlarına hədəf olmasına səbəb olur.

Məsələ ilə əlaqədar olaraq "Google" və "Facebook" şirkətləri açıqlama veriblər. Qurumlar porno saytlarda şifrələr vasitəsilə topladıqları məlumatları istifadəçilərlə bağlı marketinq profilləri yaratmaq üçün istifadə etmədiklərini bildiriblər. "Oracle" şirkəti isə hansısa bir açıqlama verməyib.

Bilge.az

Buradan paylaş: