Qədim insanların ağlasığmaz yaşayış məkanı aşkarlandı

14.08.2019

Photo

Antropologiya sahəsində daha bir mühüm kəşf edilib

Bilge.az xəbər verir ki, alimlərdən ibarət beynəlxalq qrup qədim insanların hündür dağlıq ərazidə tikdikləri daimi yaşayış məntəqəsinin izlərini aşkarlayıb. Yaşayış məkanının tarixi 45 min il əvvələ gedib çıxır. Əvvəllər yüksək dağlıqda məskunlaşmanın çox sonralar başladığı güman edilirdi, çünki kəskin iqlim şəraiti, həmçinin seyrək hava daimi şərait üçün əlverişli deyildi. Bu barədə "Science Alert" platforması məlumat verib.

Elm dünyasını təəccübləndirən kəşf: yeni insan növü tapıldı

Arxeoloqlar Efiopiyanın cənub hissəsində dəniz səviyyəsindən 4 min metr yüksəkdə yerləşən Finç-Xaber qayalıqlarını tədqiq ediblər. Alimlər qazıntılar zamanı çoxlu daşlaşmış artefaktlar, keramika fraqmentləri, gəmiricilərin sümüklərini, trausin yumurtalar və şüşə muncuqlar aşkarlayıblar. Bunlardan başqa, insanın həyat fəaliyyətindən qalma qalıqlar da tapılıb.

Ən qədim artefaktlar sonuncu buzlaşma dövrünün bitdiyi 31-47 min il əvvələ gedib çıxır. Həmin dövrdə qədim insan növü olan Denisovan insanlarının 160 min il əvvəl Tibet dağlarının şərq yamaclarında dəniz səviyyəsindən 4600 metr yüksəklikdə dayanma nöqtəsinin olduğu məlumdur. Bundan başqa, müasir növ insanlar da həmin yüksəklikdə müvəqqəti yaşayış bölgələri qurublar. Lakin Efipoyadakı məntəqənin müvəqqəti yox, uzunmüddətli məskunlaşma yeri olduğu aşkarlanıb.

Torpaq analizinin nəticəsinə görə, təqribən 10 min il əvvəl yüksəklikdə yaşayan qədim efiopiyalılar heyvan saxlamağa başlayıblar.

Yüksək dağlıqda məskunlaşmanın səbəblərindən biri aşağı bölgələrdə suyun çatışmazlığı olub. Yaxınlıqda yerləşən buz təbəqələri içməli su mənbələri olub.

Bilge.az

Buradan paylaş: