Leonardo Di Kaprio indiyə qədərki ən rüsvayçı rolunun adını çəkib

14.08.2019

Photo

Filmin yayımına qadağa qoyulub

Bilge.az xəbər verir ki, Hollivud aktyorları Leonardo Di Kaprio və Tobi Maquayr amerikalı kinosevərlərin nə vaxtsa böyük ekranda onların iştirakıyla çəkilmiş "Don's Plam" filmini görməsini istəmirlər. Bu barədə "New York Post" xəbər yayıb.

Leonardo da Vinçi ilə bağlı daha bir sirr açıldı

1995-96-cı ildlərdə çəkilsə də, 2001-ci ildə gün üzünə çıxan filmdə hər axşam kafedə müxtəlif qızların kampaniyasında toplaşan 4 gənc oğlanın həyatından bəhs edilir. Di Kaprio filmdə Derek adlı kobud və köntöy obrazı canlandırır. Onun replikakalarına masturbasiyadan danışmaq və qadınların sifətinə butulka çırpmaq kimi söhbətlər daxildir. Film cəmi 6 gün ərzində çəkilib və ABŞ ilə Kanada da yayımına qadağa qoyulub.

Layihənin prodüserlərindən biri Deyl Uitli deyib ki, Di Kaprionun və Maquayrın personajları elə təbii görünürlər ki, auditoriya onlara baxanda, bu qəhrəmanları aktyorlarla assosiasiya edir. Bununla belə, 1998-ci ildə məhkəmə işi çərçivəsində açıqlama verən aktyorlar onun tammetrajlı filmə çevriləcəyindən xəbərsiz olduqlarını demişdilər.

Bilge.az

Buradan paylaş: