Xərçəngə daha çox hansı insanların tutulduğu müəyyən olunub

14.08.2019

Photo

Artıq çəki xərçəng xəstəliyinə səbəb olur

Bilge.az xəbər verir ki, Britaniya Bristol Universitetinin elm adamları artıq çəki və piylənmənin xərçəngin inkişaf riskini azı iki dəfə artırdığını müəyyən ediblər. Bu barədə "MedicalXpress"in yaydığı press-relizdə bildirilir.

Tədqiqatçılar piylənmə ilə əlaqədar olduğu görülən 8 növ xərçəngin şiş hüceyrələrindəki genlərin aktivliyini müəyyən ediblər. Sonra isə mütəxəssislər genlərin təbii dəyişkənliyi ölçüsünə əsaslanan Mendelev randomizasiyası metodundan yararlanıblar. Mendelev randomizasiyası xəstəliyin inkişafında bu və ya digər faktorun rolunu müəyyən etməyə kömək edir, yəni səbəb-nəticə əlaqəsini göstərir.

Utancaqlığın arxasında dayanan elmi səbəb nədir?

Bu halda elm adamları həm piylənməyə, həm də şişlərin yaranmasına səbəb olacaq genetik təsirləri istisna etməklə, bədən kütləsinin göstəricisi ilə (çəkinin boy hündürlüyünə nisbəti) xəstəliyin inkişaf riski arasında bağlılıq aşkar ediblər.

Əvvəlki hesablamalara görə, inkişaf etmiş ölkələrdə artıq çəki xərçəng hallarının 6 faizini təşkil edirdi. Ancaq indiki tədqiqatın nəticələri göstərib ki, piylənmənin səbəb olduğu nisbət əslində çox daha yüksəkdir.

Bilge.az

Buradan paylaş: