Elm adamları qəhvədə gözlənilməz təhlükə aşkar edib

14.08.2019

Photo

Qəhvədən ifrat istifadə miqren yarada bilər

Bilge.az xəbər verir ki, amerikalı alimlər bu qənaətə gəliblər ki, qəhvə və digər kofeynli içkilərdən ifrat istifadə güclü baş ağrısına meyilli insanlarda miqren yarada bilər. Bu barədə "Live Science" məlumat verib.

İnsan öz yaddaşına etibar edə bilərmi?

Tədqiqatda epizodik miqren diaqnozu qoyulan təqribən 100 insan iştirak edib. Epizodik miqreni olan insanlar ayda ən azı iki dəfə, ən çoxu isə 15 dəfə baş ağrıları yaşayırlar (bundan daha çoxu xroniki miqren adlandırılır). Könüllülər onlayn sorğudan keçiblər, sorğu zamanı onlar qəhvə, qazlı su və enerji içkiləri daxil olmaqla çeşidli içkilərdən istifadə etdiklərini bildiriblər.

Məlum olub ki, gündə kofeynli içkidən azı 3 dəfə istifadə həmin gün və ya sonrakı gün miqrenin inkişafını artırır. Ancaq bir-iki fincan qəhvə baş ağrısı yaratmır. Miqrenin yaranmasında qəhvənin rolu mürəkkəb hesab olunur, belə ki, bu maddənin müəyyən miqdarı başağrısı təsiri yaradır.

Mütəxəssislərin fikrincə, kofeyndən nadir istifadə edən insanlar iki-üç fincan qəhvə içsələr, həmin gün baş ağrılarının olması ehtimalı böyükdür.

Bilge.az

Buradan paylaş: