Yerin yaxınlığında kosmik fəlakət baş verib

14.08.2019

Photo

Antarktidaya yağan qarda ulduz külləri aşkarlanıb

Bilge.az xəbər verir ki, Avstraliya Milli Universitetinin elm adamları Antarktidada yağan qarda tərkibində nadir radioktiv dəmir izotopu olan ulduzlararası kül aşkar ediblər. Radionuklidin mövcudluğu külün bir müddət əvvəl ulduz partlayışları nəticəsində əmələ gəldiyini göstərir. Bu barədə "Science Alert" məlumat verib.

Tanrılarla heyvanlar arasında: “Gilqamış” dastanında insana çevrilmə

Antarktida qarındakı nümunələrin spektrometrik analizi göstərib ki, Yerə son 20 il ərzində düşən ulduzlararası küldə dəmir-60 var. Bu izotopa bir qayda olaraq dərin su çöküntülərində, daşlaşmış bakteriya qalıqlarında rast gəlinir və o, Günəş sisteminin 1,7-3,2 milyon il uzaqlığındakı supernova partlayışının əlaməti hesab edilir.

Hazırda Günəş sistemi Yerli ulduzlararası buludun arasından keçir - bu buludda 30 illik dövr ərzində toplanan seyrək toza rast gəlinir. Buluddakı dəmir izotopunun mövcudluğu Günəş sisteminin əhatə dairəsinin tərkibinin supernovaların formalaşdırdığı hipotezini təsdiq etməyə imkan verir.

Bilge.az

Buradan paylaş: