Kleopatranın iki min illik sirri açıldı

14.08.2019

Photo

Qədim Misir kraliçasının hansı ətirlərdən istifadə etdiyi müəyyən olunub

Bilge.az xəbər verir ki, ABŞ-da Havay Universitetinin elm adamları Qədim Misirdə populyar olan və böyük ehtimalla, iki min il əvvəl kraliça Kleopatranın istifadə etdiyi ətirləri bərpa ediblər. Bu barədə "Smithsonian" platforması məlumat verib.

Nəyə görə Jan Jak Russo qadınları kişilərə bərabər görmürdü?

Tədqiqatçılar qədim Tmuit şəhərinin yerindəki qazıntılarda araşdırma aparıblar və dağıntılar arasında parfümeriya tacirinin evini və əşyalarını tapıblar, burada toplanmış ətirlər də olub. Nəticə etibarilə kimyəvi analiz zamanı bəzi inqredientlər də aşkarlanıb. Bu, Mendezian və Metopian kimi qədim mənbələrdə xatırladılan iki rayihənin yaradılmasına imkan verib.

Əsas ətirin Somalidə və Ərəbistan yarımadasında bitən burserace (Burseraceae) ailəsindən olan ağaclardan hazırlanmış mirra - qatran olduğu müəyyən edilib.Bundan başqa, mütəxəssislər hil, zeytun yağı və darçın da müəyyən ediblər. Bərpa olunan ətirlər müşk qoxusu verən güclü, qalıcı rayihələr olub.

Bilge.az

Buradan paylaş: