“İt gəzdirən xanım” Bakı səhnəsinə çıxacaq

13.08.2019

Photo
“İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşa təqdim ediləcək.

Bilge.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 28-də A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər

Teatrdan bildirilib ki, Leyla Atayevanın quruluşunda nümayiş olunacaq səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Bilge.az

Buradan paylaş: