Elm adamları ağcaqanadların sevdiyi qan qrupunu müəyyənləşdirib

13.08.2019

Photo

Daha cazibədar "qurbanlar" I qan qrupu olan insanlardır

Bilge.az xəbər verir ki, Rusiyanın Sibir Dövlət Tibb Universitetinin alimləri ağcaqanadların daha çox hansı qan qrupuna aid olan insanları sancdığını müəyyənləşdiriblər. Bu barədə tədqiqatın nəticələri universitetin rəsmi saytında yayımlanıb.

İzlənmə rekordları qıran yeni “Kral Şir” filmi haqqında bilməli olduqlarınız

Mütəxəssislərin fikrincə, daha cazibədar "qurbanlar" I qan qrupu olan insanlardır. Onları ağcaqanadlar məsələn, II qrup qan qrupundakılardan iki dəfə daha çox sancırlar.

Ağcaqanadların seçiminə bədən temperaturu, qan dövranın aktivliyi, qoxular və metabolizm dərəcəsi də təsir edə bilər.

"Ağcaqanad böyük ehtimalla, uşaqdansa, hamilə qadındansa, bədən kütləsi çox olan adamdansa və fiziki əməklə məşğul olanlardansa, yetkin insanı sancırlar", - elm adamları bildirib.

Bilge.az

Buradan paylaş: