Misirdə tanınmış rəqqasəyə qarşı cinayət işi açılıb (Video)

09.08.2019

Photo

Sofinar Qriqoryan 3 il müddətinə azadlıqdan məhrum edilə bilər

Bilge.az "Daily Mail"ə istinadən xəbər verir ki, Misirdə Ermənistan vətəndaşı, Sofinaz adı ilə tanınan oriyental rəqqasə Sofinar Qriqroyana məhkəmədə cinayət işi başladılıb. Rəqqasə rəqslə bağlı qanuni normaları pozmaqda ittiham olunur.

Sofinazın bir əyləncə mərkəzində bikinili bir qadınla rəqs etməsini əks etdirən kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra Misirin Senzura Şurası məsələni araşdırmağa başlayıb. İndi Sofinaz insanları pozğunluğa təhrik etməkdə günahlandırılır.

Sofinaz Qriqoryanı 3 il azadlıqdan məhrumetmə və ya deportasiya cəzası gözləyir.

Qeyd edək ki, Sofinar Qriqoryan 2015-ci ildə də Misir bayrağına bənzəyən paltar geyindiyi üçün 6 ay azadlıqdan məhrum edilmiş və 1000 dollar miqdarında cərimələnmişdi.

Videoya bu linkdən baxın: https://www.dailymail.co.uk/news/article-7332041/Armenian-belly-dancer-faces-deportation-Egypt-inciting-debauchery.html

Bilge.az

Buradan paylaş: