Şəhər mərkəzindəki körpüdən 9 yarıçılpaq cəsəd asılıb

09.08.2019

Photo

Meksikada narkotik və avakado müharibəsi yeni mərhələyə girib

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Meksikada narkotik kartelləri arasındakı müharibə Uruapan şəhərində 19 parçalanmış cəsədin tapılmasıyla yeni bir mərhələyə girib.

Cəsədlərin 9-u şəhər mərkəzindəki bir körpüdən asılı vəziyyətdə tapılıb. Yarıçılpaq cəsədlərin altında JCNG (Jalisco Yeni Nəsil Karteli) imzasının olduğu bir plakatda xalqa xitabla "Əziz İnsanlar, İşinizə Davam Edin" deyə yazılıb.

"Guardian" qəzətinin xəbərinə görə, digər parçalanmış 10 cəsəd isə körpünün yaxınlığındakı iki fərqli yerdə tapılıb.

Rəsmi məlumata görə, bu adamlar narkotik bazarını ələ keçirmək üçün mübarizə aparan rəqib kartellər arasındakı müharibə zamanı öldürülüb, şübhəlilərin tutulması üçün bölgəyə hərbi birliklər gətirilib.

Beynəlxalq Böhran Qrupunun məlumatına görə, kartellər bir-birləriylə həm narkotik, həm də bölgədəki milyardlarla dollarlıq avakado bazarını ələ keçirmək üçün mübarizə aparırlar. Uruapan şəhərində hakimiyyətdə əldə saxlamaq üçün 3 kartelin savaşdığı bildirilir. Bunlar JCNG, Məbəd Cəngavərləri və Nueva ailəsinə bağlı Las Viagras kartelləridir.

JCNG hökumətə qarşı da açıq müharibə aparır. Kartel bu ilin mayında Zamora şəhərində JCNG loqolu avtomobillərdən ibarət konvoyla küçələrdə hökumətə meydan oxumuşdu.

Bilge.az

Buradan paylaş: