Bütün həyatını ABŞ-da yaşayan şəxs İraqa deportasiya olunan kimi ölüb (Video)

09.08.2019

Photo

Cimmi Aldaudun ruhi sağlamlığında problemlər olub

Bilge.az xəbər verir ki, ABŞ-da Donald Tramp administrasiyasının qanunsuz miqrasiya ilə bağlı qanunları sərtləşdirməsi çərçivəsində körpəlikdən bəri Amerikada yaşayan bir şəxs İraqa deportasiya olunandan qısa müddət sonra ölüb. Bu barədə "CNN" məlumat verib.

Vəkili Edvard Bakoyanın sözlərinə görə, 41 yaşlı Cimmi Aldaud diabet xəstəliyi nəticəsində ortaya çıxan sağlamlıq problemlərindən vəfat edib. Bir sıra xırda cinayətlərdə iştirak edən Aldaud bu ilin iyununda İraqa deportasiya olunub, burada onun nə ailəsi, nə kontakları olub, o həmçinin dili də bilməyib. Onun cansız bədəni bir neçə gün əvvəl Amerikadan deportasiya olunan bir başqa iraqlı ilə paylaşdığı evdə tapılıb.

"O, İraqda insulin əldə edə bilməyib. Ölümünə əsas səbəb də budur, - vəkili deyib: Bu ölümün qarşısını tamamilə almaq olardı. Bu baş verməyə də bilərdi. Cimminin ölümü Amerikadakı ailəsi və icması üçün faciəvi təsir göstərib".

Vəkilinin dediyinə görə, Miçiqanda Kaldean Katolikləri icmasının üzvü olan Aldaud atası vasitəsilə İraq vətəndaşlığını daşısa da, heç vaxt İraqda olmayıb. O, Yunanıstanda mühacir düşərgəsində dünyaya gəlib. Aldaoud 6 aylıq olarkən, 1979-cu ildə ailəsi qanuni şəkildə ABŞ-a mühacirət edib. Onun digər valideynləri, 3 bacı-qardaşının hamısı ABŞ vətəndaşlığı alıblar, o, özü isə heç vaxt almayıb.

Bayoka Aldaudun İraqa deportasiya olunandan 2 həftə sonra çəkilən videosunu paylaşıb, videoda o deportasiya rəsmilərinin onun ölkədən necə çıxardığı barədə danışıb:

Qərb sivilizasiyası necə çökə bilər?

"Mən onlara yalvardım. Dedim ki, xahiş eləyirəm, mən heç vaxt o ölkəni görməmişən, heç vaxt orda olmamışam. Onlar məni məcbur elədilər. İndi mən burdayam. Dili başa düşmürəm. Günlərlə küçələrdə yatmışam. Mənim diabet xəstəliyim var. Mən insulin qəbul edirəm. Mən qusurdum, qusurdum, küçələrdə yatırdım. Yeməyə bir şeyim yoxdur".

Bayoka deyib ki, Aldaudun kriminal tarixçəsi onun ciddi ruhi problemlərindən qaynaqlanıb:

"Onun ciddi ruhi sağlamlıq problemləri vardı. Onda bipolyarlıq, şizofreniya vardı, kəskin depressiyadan və təşvişdən əziyyət çəkirdi. Bütün bunlar onun qanunla problemlərinin yaranmasına səbəb olub, ən sonda da onu deportasiya ediblər".

Cimmi Aldaudun deportasiya olunması və ölümü ABŞ-da müəyyən liberal çevrələrdə və mətbuatda ciddi etirazlara səbəb olub.

Bilge.az

Buradan paylaş: