Bu ölkə elm adamlarına vizaların verilməsini asanlaşdırır

09.08.2019

Photo

Britaniya innovasiya və ixtira sahəsində lider olmaq istəyir

Bilge.az "CNN"ə istinadən xəbər verir ki, Böyük Britaniya rəhbərliyi bu ilin sonunda bütün dünyadan olan elm adamlarına vizaların verilməsini asanlaşdırmağı planlaşdırır. Bu barədə ölkənin Baş naziri Boris Conson açıqlama verib.

Gey imamım hekayəsi: Problem ayrı-seçkilikdə, qərəzdə və savadsızlıqdadır

Baş nazir deyib ki, vizaların verilməsində qaydaların asanlaşması Böyük Britaniyanın "elm superderjavası" statusunu möhkəmlətmək xarakteri daşıyır. Bu qərarın verilməsiylə ölkəyə daha çox tədqiqatçının, mütəxəssislərin, mühəndislərin və texnologiya sahəsində çalışan alimlərin gəlməsi gözlənilir.

Conson Britaniyanın özünün innovasiya və ixtiraçılıq tarixi ilə qürur duyduğunu deyib.

"Ancaq biliklərin irəliləməsində liderliyimizi saxlamağımız üçün biz təkcə artıq əlimizdə olan istedadları dəstəkləməməli, həmçinin immiqrasiya sistemimizin dünyanın ən üstün ağıllarını cəlb etməsi üçün çalışmalıyıq", - Conson deyib.

Bilge.az

Buradan paylaş: