Bu ölkədə Hind filmlərinin göstərilməsi qadağan edildi

09.08.2019

Photo

Pakistan və Hindistan münasibətləri kəskin pisləşib

Bilge.az xəbər verir ki, Pakistan hökuməti ölkədə Hind filmlərinin göstərilməsini qadağan edib. Kəşmirdəki vəziyyətin gərginləşməsi fonunda atılan addım barədə qərarı ölkənin Baş nazirinin müşaviri Firdus Aşiq Avan "Tvitter"də bildirib.

İnsanın qurban edilməsi sosial bərabərsizliyi necə gücləndirirdi?

"Pakistanın heç bir kinoteatrında Hind filmi göstərilməyəcək. Hindistan istehsalı olan filmlərin və ələqədar layihələrin göstərilməsi tamamilə qadağan olunacaq", - o bildirib. Müşavir bu qərarın Hindistanın Kəşmirdəki fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.

"Reuters"in məlumatına görə, Pakistan Hindistanda dəmiryolu ismarıclarını dayandırıb. Dəmiryolu nəqliyyatı naziri Rəşid Ahmed bəyan edib: "Əgər bizə qarşı müharibə aparılsa, o, sonuncusu olacaq".

Bilge.az

Buradan paylaş: